Baş nazirdən 190 manatın ödənilməsi barədə QƏRAR

7 Avqust 2020 21:03 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasını Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Teleqraf.com xəbər verur ki, qərarda yuxarıda qeyd olunan rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra eyni məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsi tapşırılıb.