Azərbaycandan alacağımız təbii qazın miqdarını artıracağıq – Çavuşoğlu

11 Avqust 2020 14:24 (UTC+04:00)

Azərbaycandan alacağımız təbii qazın miqdarını daha da artıracağıq. Nəqliyyatla əlaqədar layihələrdən əlavə önəm verdiyimiz daha iki layihə var. Bunlar Qars-Naxçıvan dəmiryolu və təbii qaz layihəsidir.

Teleqraf.com xəbər verir ki, bunu azərbyacanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir mədəniyyət və təhsil sahələrində əməkdaşlığı gücləndirmək planları barədə də danışıb:

“Qardaşım Ceyhun Bayramov əvvəllər təhsil naziri olduğu üçün bu mövzuları çox yaxşı bilir və biz bu barədə danışdıq.
Viza mövzusunda qalma müddətini 90 günədək artırmaq istiqamətində də danışıqlar apardıq. Lakin iki ölkə vətəndaşları səfər edərkən pasporta ehtiyac duymamalıdır. Çünki yeni nəsil şəxsiyyət vəsiqələrində bütün məlumatlar əks olunub. Şəxsiyyət vəsiqəsi ilə səyahət üçün təkliflərimizi verdik. Onları da həyata keçirəcəyik”.