Nazirliyin şöbə müdiri vəzifəsindən getdi

12 Avqust 2020 12:27 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib. İntiqam Hümbətov qeyd edib ki, tam 20 il – 2000-ci ildən müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurur.

Qeyd edək ki, İ.Hümbətov Mədəniyyət Nazirliyinin əsasən kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs olub.