Şəki sakini iş yoldaşını öldürdü – Faciə

12 Avqust 2020 12:37 (UTC+04:00)

Xırdalan şəhərində faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, avqustun 11-də saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub.

Xəsarət almış T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.