Şotlandiyada qatar relsdən çıxdı: 3 ölü, 6 yaralı - Video

12 Avqust 2020 22:42 (UTC+04:00)

Şotlandiyada sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, Aberdin bölgəsində qatarın relsdən çıxması nəticəsində sərnişinlərdən 3-ü ölüb, 6-sı isə yaralanıb.

Qəzaya səbəb kimi leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi göstərilib.

Şotlandiyanın Baş Naziri “Twitter”də faciəvi hadisə nəticəsində ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.