BMT ABŞ-ın İrana qarşı qətnaməsini qəbul edilmədi

15 Avqust 2020 08:05 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunu uzatmaq barədə qətnaməsini rədd etdi.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

"Yaxın Şərqdəki bir çox ölkədən embarqonun uzadılması ilə bağlı birbaşa müraciətlər rədd edildi. Ərəb dövlətləri və İsrail embarqonun uzadılmasını qətiyyətlə dəstəkləyiblər" deyərək Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana silah satışına mane olmaq üçün işlərini davam etdirəcək.

Qeyd edək ki, İrana silah tədarükünə qoyulan məhdudiyyətlər 18 oktyabr 2020-ci ildə başa çatır.