Prezidentin köməkçisindən toyların bərpası ilə bağlı - Açıqlama

15 Avqust 2020 12:16 (UTC+04:00)

Toyların keçirilməməsi əmək bazarına, dövlət büdcəsinə öz təsirini göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Əmək tutumlu sahə olduğu üçün, toyların bərpası çox yaxşı olardı. Lakin hazırkı epidemioloji vəziyyət buna imkan vermir. Toylar geniş şəkildə insanların yaxın təmasda olması ilə həyata keçirilir. Lakin dövlət vətəndaşların sağlamlığını nəzərə alaraq, onları koronavirus təhlükəsindən qorumağı özü üçün prioritet seçir. Əsas amil insanların sağlamlığıdır. Hazırda toyların bərpası ilə bağlı qərar yoxdur".