Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur? - Açıqlama

15 Avqust 2020 12:42 (UTC+04:00)

Hazırkı göstəricilərə görə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti həftə sonları bərpa oluna bilər".