Azərbaycanda aktiv korona xəstələrinin sayı 2000-dən aşağı düşdü - Foto

15 Avqust 2020 17:42 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyalı aktiv xəstələrin sayı azalıb.

Teleqraf.com xəbər verir ki, hazırda aktiv xəstə sayı 1 904 nəfər təşkil edir.

Xatırladaq ki, bu gün ölkədə 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər isə vəfat edib.