Somalidə millət vəkili öldürüldü

18 Avqust 2020 08:46 (UTC+04:00)

Somalidə ölkənin millət vəkili öldürülüb.

Teleqraf.com xəbər verir ki, ölkənin cənubunda bir qrup naməlum şəxs Hirşabella Ştatından olan millət vəkili Abdikadir Fərəh Əhmədi qətlə yetiriblər.

Deputat evinin qarşısında güllələnib. Cinayətkar hadisə yerindən qaçıb.