Səmra Rəhimlinin anası özündən çıxdı: "Bəsdir..."

22 Avqust 2020 22:29 (UTC+04:00)

"Avroviziya-2016” təmsilçimiz Səmra Rəhimlinin anası İlahə Baxşıyeva açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçının anası İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Musiqimiz uçuruma gedir. Lakin istedadlı gənclərimiz var ki, onlar dörd-beş yerində sayan müğənninin ucbatından kölgədə qalıb. Sözüm bütün gənc musiqiçilər və müğənnilərə aid deyil. Azərbaycan musiqisinə yeniliklər gətirən, musiqimizi bataqlıqdan çıxarmağa çalışan, onun inkişafı üçün əlindən gələni edən sayılı adlardan söhbət gedir.

Bəsdir, "toy" biznesini inkişaf etdirdiniz. Kənara çəkilin və imkan verin, nə qədər gec deyil, musiqimizi xilas etsinlər".