Ərdoğanla Tramp arasında - Vacib müzakirə

27 Avqust 2020 10:18 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı tərəflər Şərqi Aralıq dənizində yaranan gərginliyi müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Tramp Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında artan gərginlikdən narahat olduğunu dilə gətirərək tərəfləri dialoqa çağırıb.

Ağ Evin açıqlamasında vurğulanıb ki, Prezident Tramp NATO müttəfiqləri olan Yunanıstan və Türkiyə arasında fərqli mövqenin həll yolunun dialoqdan keçdiyini ifadə edib.

Telefon danışığı zamanı ABŞ və Türkiyə liderləri həmçinin ikitərəfli əlaqələr və regional məsələləri də müzakirə edib.