Yevlaxda qəza: Ölən var

27 Avqust 2020 13:47 (UTC+04:00)

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Aran qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Xuduyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Fikrət Sultanovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.