Rusiya o ölkəyə də barmaq silkələdi: “30 illik rejimin sonu çatır”

31 Avqust 2020 11:26 (UTC+04:00)

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev Monteneqronun parlament seçkilərindən sonra anti-Rusiya yönümündən imtina edərək, strateji kursunu dəyişdirəcəyinə ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, Montoneqro hakimiyyətini cinayətkar və korrupsiya əməllərində ittiham edib.

“30 ildir hakim olan Cukanoviçin partiyası ilk dəfə əksəriyyətin səsini ala bilməyib. Halbuki seçkiqabağı təşviqatının mərkəzində anti-Rusiya fikirləri dayanırdı”, - Kosaçev deyib.

Kosaçev Monteneqronun hakimiyyət orqanlarınını cinayətkarlarla əlaqədə və korrupsiyaya yol verməkdə ittiham edib. Milo Cukanoviçin Avropa və NATO-ya yaxın, Rusiyaya qarşı olduğunu bildirib.

O, artıq Rusiyaya rəğbət bəsləyən ölkə görmək istədiyini deyib.

Bundan əvvəl Monteneqrodakı müxalifət parlament seçkiləri ilə bağlı ilkin məlumatların açıqlanmasından sonra “30 illik rejimin iqtidardan getdiyini” elan edib.

Səsvermə bülletenlərinin 92.9 faizinin sayılmasından sonra hakim Sosialistlər Partiyasının 81 mandatdan yalnız 30-nu qazandığı bildirilib. Müxalifət koalisiyası isə kabinet qurmaq üçün lazım olan 41 yeri əldə edib.

Monteneqro Prezidenti Milo Cukanoviç parlament seçkilərində müxalifət koalisiyasının qələbəsini etiraf etməkdən boyun qaçırıb.