Zelenskinin ofisi yaxınlığında silahlı şəxs saxlanıldı

1 Sentyabr 2020 22:45 (UTC+04:00)

Kiyev polisi hökumət binalarının olduğu kvartalda, o cümlədən Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxsi yaxalayıb.

Teleqraf.com xəbər verir ki, saxlanılan şəxsin üzərində qumbara olub.

Faktla bağlı araşdırma aparılır.