Almaniyada dəhşətli qətl - Ana 5 övladını öldürdü

3 Sentyabr 2020 21:13 (UTC+04:00)

Almaniyanın Solingen şəhərində ana 5 uşağını qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, hadisənin səbəbi açıqlanmır. Uşaqlar 1-8 yaş arasında olublar.

Övladlarını qətlə yetirəndən sonra qadın digər qızı ilə intihar etmək istəyib, amma polislər ona mane olublar.

Faktla bağlı araşdırma aparılır.