Tramp Səhiyyə Nazirliyindən tələb etdi - "Tez olun..."

6 Sentyabr 2020 20:29 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Səhiyyə Nazirliyindən koronavirus peyvəndinin bu ilin sonuna kimi hazırlamasını tələb edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

Qeyd olunur ki, dövlət başçısı öz reytinqini yüksəltmək üçün noyabrın 3-də planlaşdırılmış prezident seçkilərinə qədər vaksini təqdim etmək istəyir.

ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir.