Dövlət xidməti vətəndaşlara müraciət etdi

18 Sentyabr 2020 19:31 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalının (emdk.gov.az) fəaliyyəti bu gecə saat 00:00-dan 22 sentyabr saat 12:00-a kimi müvəqqəti dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir.

Məlumata görə, fasiləyə səbəb saytda aparılacaq texniki işlərdir. Bu müddət ərzində elektron xidmətlərdən istifadə məqsədəuyğun deyil.