Türkiyədə daha 62 nəfər koronavirusdan öldü

18 Sentyabr 2020 21:37 (UTC+04:00)

Türkiyədə son sutka ərzində daha 62 nəfər koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 min 377-yə çatıb.

Türkiyədə indiyədək 299 min 810 nəfər koronavirusa yoluxub.