Bu il Azərbaycanda istehsal olunan avtomobillərinin sayı açıqlandı

18 Sentyabr 2020 22:10 (UTC+04:00)

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın vә avadanlıqların, sair nәqliyyat vasitәlәrinin, avtomobil, qoşqu vә yarımqoşquların istehsalı sahәlәrindә 212,8 milyon manatlıq mәhsul istehsal edilib.

Teleqraf.com-un məlumatına görə, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә avtomobil, qoşqu vә yarımqoşquların istehsalı 96,4 faiz, sair nәqliyyat vasitәlәrinin istehsalı isә 63,0 faiz, maşın vә avadanlıqların istehsalı 50,4 faiz artıb.

Yanvar-avqust aylarında 1170 әdәd vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 326 әdәd az minik avtomobili istehsal olunub.