Məşhur musiqiçi vəfat etdi

19 Sentyabr 2020 00:39 (UTC+04:00)

Amerikalı bəstəkar, saksafonçu Ronald Bell vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı sosial şəbəkədə məlumat verib.

O, Amerikanın Virgin adasındakı öz evində 68 yaşında dünyasını dəyişib. Ronaldın ölüm səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, ”Kool & the Gang” qrupunun üzvü olan mərhum sənətçinin bəstələri “Rokki” və digər məşhur filmlərdə səsləndirilib.