Qroznı-Bakı neft kəmərinin tikintisi başa çatmaq üzrədir

20 Sentyabr 2020 00:12 (UTC+04:00)

"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, görülən işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.

1,8 kilometr uzunluğunda sahə Dağıstanın Kizilyurt rayonunun ərazisindən keçir. Sahənin tikintisi altı ay ərzində davam edib.