Türkiyə Liviyada ordunu yenidən qurur - Hədəf...

21 Sentyabr 2020 09:57 (UTC+04:00)

Türkiyə ilə yerli hökumət Liviya ordusunun yenidən qurulması və hazırlanması ilə bağlı proqramların icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Müdafiə naziri Səlahəddin en-Nəmruş bəyan edib.

Nəmruş qeyd edib ki, Müdafiə Nazirliyi Liviyada legitim hökuməti dəstəkləyən Türkiyə tərəfi ilə müzakirələr aparır:

“Türk tərəfi ilə birlikdə silahli qüvvələrin yenidən qurulması və hazırlanması, hava müdafiə qüvvələri, donanma, terrorla mübarizə, həmçinin xüsusi qüvvələrin inkişaf etdirilməsi proqramına başlanılıb”.

Bu məqsədlə ilk təlim mərkəzinin paytaxt Tripolinin qərbində hazır olduğunu bildirən Nəmruş əlavə edib ki, məqsəd beynəlxaq standartlar əsasında ordunun qurulmasıdır.

Qeyd edək ki, Liviya müdafiə naziri hələ avqustun 17-də bəyan etmişdi ki, təhsil, təlim və hərbi strukturların yenidən qurulması üçün Türkiyə və Qətər müdafiə nazirlikləri ilə razılaşıblar.