Parlamentin payız sessiyasına hazırlıq gedir - İclas

22 Sentyabr 2020 09:39 (UTC+04:00)

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda komitədə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlərə dair hesabat dinləniləcək.

Komitə həmçinin payız sessiyası üçün qanunvericilik işləri planının layihəsini müzakirə edəcək.