Liviya neftini Türkiyə çıxaracaq - Razılaşma əldə olundu

22 Sentyabr 2020 10:33 (UTC+04:00)

Türkiyə ilə Liviyanın legitim hökuməti arasında əldə edilən razılaşmaya əsasən ölkənin yenidən inşası üçün türk özəl sektoru hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, Liviyanın Milli Neft Şirkəti (NOC) ilə Türkiyə Neft Şirkəti yaxın günlərdə neft axtarışına başlayacaq.

Qeyd edək ki, ötən gün Liviya Müdafiə naziri Səlahəddin en-Məmruş bəyan edib ki, ordunun yenidən qurulması və inkişaf etdirilməsi üçün Türkiyə ilə birgə proqramların icrasına başlanılıb.

Ordunun yenidən qurulması Liviyanın inşası mərhələsinin kritik başlanğıcıdır. Əldə edilən razılaşmalarla ölkənin ehtiyacını qarşılamaq üzrə inşaat və enerji əməkdaşlığı da baş verəcək. Türk özəl sektoru Liviyanın elektrik, su, bələdiyyə xidmətlərinin qurulması və həyatın normal axarına dönüşü üçün hazırlaşır.

Liviya ilə neft sahəsində əməkdaşlıq da yenidən canlandırılacaq.Türkiyənin Neft Birliyi Şirkəti (TPAO) ilə Liviya Milli Neft Şirkəti (NOC) müştərək enerji layihələri çərçivəsində yenidən neft və qaz müəssisələrinin qurulması planlaşdırılır. Qeyd edilir ki, qarşıdakı günlərdə neft və qaz müəssisələrini ilə bağlı önəmli addımların atılması gözlənilir.

Xatırladılır ki, 2000-ci ilin ikinci yarısında Liviyada neft axtarışı və istehsalı fəaliyyətinə yürüdən TPAO Sirtə və Sebhada axtarış apardığı 11 sahənin 7-də neft tapıb. Və bu fəaliyyətə 150 milyon dollara yaxın pul xərcləyib. 2013-cü ilin mayında qurulan TP Liviya LTD Şirkəti Liviyada daxili çaxnaşmalar səbəbindən məcburi şəkildə fəaliyyətini dayandırıb və ofisi 2017-ci ildə qapadılıb.