Azərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərdi

22 Sentyabr 2020 15:23 (UTC+04:00)

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.