İrəvanda aksiya - İnsanlar ölkəni tərk etmək istəyirlər/Video

23 Sentyabr 2020 00:24 (UTC+04:00)

Bir qrup Ermənistan vətəndaşı Rusiyaya getməyi tələb ilə İrəvanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.

Teleqraf.com xəbər verir ki, etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.

Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.