XİN başçısı: “Gürcüstan-Azərbaycan münasibətlərinin dərinləşəcəyinə əminəm”

23 Sentyabr 2020 18:24 (UTC+04:00)

“Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli strateji və dostluq münasibətlərinin daha da dərinləşəcəyinə əminəm”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani rəsmi “Twitter” hesabında yazıb.

“Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfirini salamlamaqdan məmnunam. Ona məsuliyyətli işində uğurlar arzulayıram”, - XİN başçısı qeyd edib.