Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşdü

24 Sentyabr 2020 09:32 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici İşlər nazirinin səfər çərçivəsində Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.