Afaq Gəncəli şəxsi həyatı haqda: "Bir Allah bəndəsi çıxsa..." - Video

24 Sentyabr 2020 17:51 (UTC+04:00)

Məşhur aparıcı Afaq Gəncəli Azad Azərbaycan televiziyasında yayımlanan "Üçümüz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verie ki, Afaq Gəncəli məşhurlarla münasibətindən danışıb: "Şou aləmində hər kəslə münasibətim yaxşıdır. Düşmənlərimi saymıram və onlar yadımda da qalmırlar. Adlarını da çəkə bilmərəm".

Apacının "Sizi nə bezdirir?" sualına o, "Tək qalmağı, işsiz olmağı və səssizliyi sevmirəm"-deyə, cavab verib.

Afaq Gəncəli məşhurluğunun şəxsi həyatına mane olduğunu da etiraf edib: "Bir Allah bəndəsi olsa, ailə quraram".