Əvvəlcə Lukaşenkoya məsləhət verdi, sonra isə… - Zelenskidən kritik qərar

24 Sentyabr 2020 21:39 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus səfərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun Ukraynadakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik Regional İnkişaf Forumu çərçivəsində nəzərdə tutulmuş səfərin Ukrayna tərəfinin təşəbbüsü ilə ləğv edildiyini bildirib. Rəsmi Kiyev səfərin 2021-ci ilə təxirə salınmasını təklif edib.

Ukrayna sentyabrın 16-da Belarusdakı siyasi böhranla bağlı bitərəfliyini elan edib. Bundan əvvəl Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya təkrar prezident seçkiləri keçirməsini tövsiyə edərək, bir sıra məsləhətlər verib.