Qalmaqallı sarayın sahibindən maraqlı açıqlamalar - “2 milyon nə puldur ki...”/Video

25 Sentyabr 2020 20:05 (UTC+04:00)

Son günlər insanlar Novxanıda heykəllər ilə bəzədilmiş evin şəkillərini çəkib paylaşırdı.

Teleqraf.com xəbər verir ki, heç kim evin kimə məxsus olduğunu bilmirdi.

Evin sahibi Bəxtiyar bəy artıq öz evi haqqında olan söz-söhbətlərdən yorulduğu üçün BakuTv-yə müsahibə verib.

60 yaşlı ev sahibi bildirib ki, Rusiya vətəndaşıdır, 5 il öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib:

“Hərbi mühəndis olmuşam. Bir çox xarici ölkələrdə gəzmişəm. Xaricdə bəyəndiklərimi götürmüşəm, burada tətbiq etmişəm. Bizim ev klassik bir bağdır. 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplamışam, evimdən asmışam. Hamısının sertifikatı var. Xeyli şir heykəlləri var, təxminən sayı 10-15-dir. Əyri işlə məşğul olan biri deyiləm. Gör nə qədər yüksək təqaüd alıram ki, bu bağı tikəm. Evin qiymətini deyə bilmərəm. 1-2 milyon xərcləmişəm, nə puldur ki?”.

"Dəli Bəxtiyar"kimi tanınan dəbdəbəli evin sahibinin müsahibəsinin maraqla izlənəcəyini nəzərə alaraq onu təqdim edirik.