Slavyan ölkəsindən Türkiyəyə gözlənilməz dəstək - "Dünya çapında..."

26 Sentyabr 2020 11:56 (UTC+04:00)

Türkiyə ən önəmli regional güclərdən bir olmaqla yanaşı dünya çapında hər gün daha əhəmiyyətli mövqeyə sahiblənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib.

Türkiyənin coğrafi, iqtisadi, mədəni və digər potensiala sahib olduğunu xatırladan Serbiya lideri Türkiyə ilə yaxşı əlaqələrin Serbiya üçün önəminə işarə edib.

Prezident deyib ki, Türkiyə ilə ən yüksək səviyyədə dostluq əlaqələrini qorumaq və daha da inkişaf etdimək istəyir.