Belarusda böhrandan yeganə çıxış yolu... – Avropa İttifaqının sədri

26 Sentyabr 2020 14:12 (UTC+04:00)

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belarusdakı situasiyanı nizamlamaq üçün yeganə çıxış yolunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Şarl Mişelin sözlərinə görə, respublikada ATƏT-in vasitəçiliyi ilə inklüziv milli dialoq təşkil olunmalıdır: “Bu, yaranmış vəziyyətdən çıxmağın yeganə yoludur”.

Şarl Mişel Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını və Avropa İttifaqının nəticələri tanımadığını vurğulayıb:

“Biz müxalifətə və dinc etirazçılara sərt təzyiqi pisləyirik. Repressiya və hədə-qorxu mütləq dayandırılmalı, bunun arxasında duran hər kəs məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır”.