Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professoru vəfat etdi

26 Sentyabr 2020 23:43 (UTC+04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib.

Teleqraf.com-un məlumatına görə, o, 1959-cu ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib. 30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.

Zərifə İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professoru olub.

Allah rəhmət eləsin!