Ermənistan ordusunun alay komandiri ağır yaralandı - Rəsmi

29 Sentyabr 2020 13:40 (UTC+04:00)

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb", - o vurğulayıb.