Kremldən Türkiyəyə xəbərdarlıq: “Bu, Qarabağda vəziyyəti ağırlaşdırır”

29 Sentyabr 2020 16:14 (UTC+04:00)

“Qarabağdakı münaqişə tərəflərindən birinə hərbi dəstək bəyanatları vəziyyətin ağırlaşmasına səbəb olur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

O, həm danışıqlar, həm də döyüş meydanında Azərbaycanı dəstəkləməyə hazır olduqlarını bildirən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına münasibət bildirib.

Kremlin sözçüsü Ermənistana KTMT vasitəsilə hərbi dəstək barədə suala belə cavab verib: “Hərbi dəstək və ya hərbi fəaliyyətlə bağlı hər hansı bir açıqlama alova yanacaq atır, buna qəti şəkildə qarşıyıq, sualın bu forması ilə razı deyilik”.

Peskov Moskvanın bütün ölkələri atəşi dayandırmağa və tərəfləri münaqişənin siyasi yolla həllinə dönməyə inandırmaq üçün hər şeyi etməyə çağırdığını vurğulayıb.