Peskovdan açıqlama: “Bakı və İrəvanla…”

29 Sentyabr 2020 17:45 (UTC+04:00)

“Moskva Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə təhlil edir, İrəvan, Bakı və Ankara ilə təmasdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi İrəvan, Bakı və Ankara ilə müxtəlif səviyyələrdə daim əlaqə saxlayır. Təmas xəttində baş verənlər barədə bütün məlumatları toplayırıq”, - Kremlin sözçüsü bildirib.