Daha bir ölkədən Azərbaycana dəstək

29 Sentyabr 2020 20:59 (UTC+04:00)

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“Zati-aliləri,

Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm.

Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

Ümid edirəm ki, bütün bölgədə sülhə təhlükə törədən silahlı qarşıdurmalara ən qısa müddətdə son qoyulacaq və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq danışıqlar vasitəsilə dinc həllini tapacaqdır”.