Daha 9 şagirddə koronavirus aşkarlandı

1 Oktyabr 2020 17:06 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, sentyabrın 30-da 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub.