Düşmənin iki yolu var - Nazirlikdən rəsmi açıqlama

1 Oktyabr 2020 19:26 (UTC+04:00)

“Dünən düşmən alayının döyüş bayrağı ələ keçirilib”.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: “Ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”