Koronanın necə yox olacağını açıqladı – Bill Qeytsdən şok sözlər

13 Oktyabr 2020 23:12 (UTC+04:00)

“Bir peyvənd tapılmasa, amerikalılar uzun illər və ya bir ömür boyu sosial məsafə qaydaları və digər yeni koronavirus məhdudiyyətləri altında yaşamalı olacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu “Microsoft” texnologiya şirkətinin sahibi Bill Qeyts “NBC”-yə müsahibəsində deyib.

O, ancaq ikinci nəsil peyvəndlərin hazırlanmasından və bütün dünyada bunların tətbiqindən sonra həyatın normala dönə biləcəyini söyləyib.

Bill Qeyts dünyanın bir çox əczaçılıq şirkəti ilə birgə COVID-19 üçün lazımlı peyvənd və dərman istehsalında fəal rol oynamaq istəyir.