Ermənilər Gəncəni SCUD/Elbrus ballistik raketləri ilə vurdu - Foto

17 Oktyabr 2020 03:11 (UTC+04:00)

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir", - deyə o qeyd edib.