Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi

17 Oktyabr 2020 12:13 (UTC+04:00)

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.