“Diriliş Ertuğrul” ulduzundan Azərbaycana dəstək... - Foto

19 Oktyabr 2020 15:45 (UTC+04:00)

“Diriliş Ertuğrul” serialının məşhur aktyoru Engin Altan Düzyatanın Tvitterdə Azərbaycan prezidenti və Pakistan baş nazirinin paylaşımına yazdığı cavab diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, məşhur aktyor münaqişədən əziyyət çəkən hər iki ölkəyə dəstəyini nümayiş etdirib.

Engin Altan Düzyatan Tvitterdə Azərbaycanın prezidenti İlham Əliyev və Pakistanın baş naziri İmran Xanın paylaşımına bu sözləri qeyd edib:

“Qarabağ Azərbaycandır! Kəşmir Pakistandır! Türkiyə hər ikinizin yanınızdadır”.