Nurməhəmmədov Toni Ferqyusonla döyüşün şərtlərini açıqladı

19 Oktyabr 2020 23:24 (UTC+04:00)

ABŞ döyüşçüsü Toni Ferqyuson UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək istəyirsə, TOP-5-dəki döyüşçülərdən birini məğlub etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı idmançı özü İnstaqram hesabında bildirib.

"Ferqyuson belə bir şans qazanmışdı, lakin o öz döyüşünü uduzdu. Bu şansı qazanmaq üçün mübarizə aparmaq lazımdır", - Həbib qeyd edib.