Zəngilan şəhərinin peykdən görünüşü

20 Oktyabr 2020 18:39 (UTC+04:00)

“Azərkosmos” işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Teleqraf.com xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub.

“Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun 6 kəndini, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərini erməni işğalından azad edib. Zəngilan şəhəri azad edildikdən sonra “Azersky” vasitəsilə əldə etdiyi görüntünü təqdim edirik”, - paylaşımda qeyd olunub.