Əfqanıstanda polisə hücum - 12 nəfər öldü

21 Oktyabr 2020 01:16 (UTC+04:00)

Əfqanıstanın qərbində yerləşən Nimruz vilayətinin Kanq rayonunda bombanın partlaması nəticəsində polis rəisi Faiz Muhammad Hotak daxil olmaqla, 12 polis əməkdaşı həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Nimruz vilayətinin sözçüsü Bahram Hakmal Kanq rayonunda polislərə qarşı terror hücumunun qəsdən törədildiyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.