Putin: "Rusiya təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub"

22 Oktyabr 2020 20:18 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.

Teleqraf.com RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.

"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib

Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".