Tərtər, Ağdam və Ağcabədi rayonları intensiv atəşə tutuldu - Rəsmi

23 Oktyabr 2020 10:56 (UTC+04:00)

Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a məlumat verilib.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.